AZ

"Yalnız “Qarabağ”la “Neftçi”nin adını eşitmişdim, başqa heç nə”

“Bura gəlməmişdən əvvəl Azərbaycan futbolu haqda geniş bilgilərə sahib deyildim.

Yalnız “Qarabağ”la “Neftçi”nin adını eşitmişdim, başqa heç nə”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Karvan-Yevlax”ın qapıçısı Pedro Mateuş deyib.

Karyerası əsasən Portuqaliya klubları ilə bağlı olan 29 yaşlı qapıçı ölkəmizə gələnə qədər yalnız Kiprdə legioner həyatı yaşayıb.

Azərbaycana gəldikdən sonra burada gördükləri onu yaxşı mənada təəccübləndirib.

Mateuş futbolumuzla bağlı nikbin fikirdə olduğunu gizlətməyib:

“Premyer Liqada gərgin mübarizə gedir. İstər yuxatı pillələrdə olsun, istərsə də elitada qalmaq uğrunda. Oyunların tempini, komandaların göstərdiyi futbolu bəyənirəm.

Azərbaycan çempionatı həqiqətən inkişaf etməkdədir. Bu gedişlə daha üst səviyyəyə qalxacaq.

“Qarabağ”ın avrokuboklarda qazandığı nəticələr isə sadəcə möhtəşəmdir. Azərbaycan futbolu adına yaxşı reklamdır”.

HƏBİB

Seçilən
30
sportinfo.az

1Mənbələr