AZ

Azərbaycan Basketbol Liqasında daha bir oyun baş tutub

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, "Şəki" evdə "Neftçi" ilə qarşılaşıb.

Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş Bakı klubunun qələbəsi ilə başa çatıb - 93:77.

Turun son matçı Bakı İdman Sarayında NTD və "Sabah" komandaları arasında baş tutacaq. Bu görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107), "Abşeron Lions" "Gəncə"ni (81:71), "Ordu" isə "Quba"nı (98:87) məğlub edib.

"Cebheinfo.az"

Seçilən
25
5
cebheinfo.az

8Mənbələr