AZ

Cəlilabadda sel təhlükəsi: çayda su səviyyəsi maksimum həddədir FOTOLAR

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Bir neçə gün əvvəl ölkə ərazisinə yağan intensiv qarın ardınca havaların mülayimləşməsi və temperaturun yüksəlməsi qarın sürətlə əriməsinə səbəb olub. Nəticədə çaylarda sululuq artıb, bəzi ərazilərdə isə sel təhlükəsi yaranıb.

Globalinfo.az bildirir ki, Teleqraf-ın Cənub bürosunun əldə etdiyi məlumata görə, Cəlilabad rayonu ərazisindən keçən Mişar çayında axşam saatlarından etibarən sel müşahidə olunmağa başlayıb.

Çay üzərində yerləşən bütün su anbarlarında suyun həcmi maksimum həddə çatıb və artıq suların çayın məcrasına yönləndirilməsi həyata keçirilir.

Hazırda çay sahili ərazilərdə vəziyyət nəzarətdə saxlanılır. Əlaqədar qurumların əməkdaşları tərəfindən 24 saatlıq monitorinq aparılır və mümkün risklərin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Sakinlərə çay kənarına yaxınlaşmamaq, təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
2
globalinfo.az

3Mənbələr