AZ

Zelenski Putini Hitlerə bənzətdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini Adolf Hitlerə bənzədib.Metbuat.az xəbər verir ki, bu barədə o, Münxen Təhlükəsizlik Konfransında danışıb. Məlumata görə, Zelenski bildirib ki, Putin Münhen ssenarisini təkrarlamağa ümid edir. Onun sözlərinə görə, söhbət 2007-ci il Münhen Təhlükəsizlik Konfransından deyil, 1938-ci ildə Avropanın bölünməsinə səbəb olan Münhen razılaşmasından gedir.

Ukrayna Prezidenti vurğulayıb ki, tarixdən nəticə çıxarmaq vacibdir və Avropanın təhlükəsizliyinin təmin olunması üçün birlik əsas şərtdir.

Seçilən
101
metbuat.az

1Mənbələr