AZ

Bu gün Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşüb

Fevrlın 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyev  62-ci  Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə Münhenə gəlib

Qeyd etmək lazımdır ki, bu konfrans dünya miqyasında çox böyük əhəmiyyətə malikdir. Belə ki, 62-ci dəfə keçirilən və dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu Münhen Təhlükəsizlik Konfransında 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edir. Dünya mediasının diqqət  mərkəzində olan builki konfransda 115 ölkədən təxminən 1000 jurnalist qeydiyyatdan keçib.

Bu konfransda iştirak ölkəmizin və onun Prezidenti cənab İlham Əliyevin artan nüfuzu və mövqeyi, həyata keçirdiyi uğurlu siyasətlə birbaşa bağlıdır.

Tədbir ərəfəsində Prezident İlham Əliyev bir sira rəsmi görüşlər keçirib, Azərbaycan telekanallarına  müsahibə verib. Ölkə başçısı müsahibə zamanı bu tədbirdə ilk dəfə olaraq artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak etdiyini bildirib. Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, onun artan imkanları, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt və digər məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır.

Cənab Prezident həmçinin bildirib ki, bu gün Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşüb. Aydın gürünür ki, hazırda BMT hər hansı bir məsələyə təsir göstərə bilməyəcək və bu gün onun alternativi də yoxdur.

“Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Ölkə başçısı Münhendəki müsahibəsində Azərbaycan və Ermənistan arasındakı münasibətlərə, o cümlədən indi hamını maraqlandıran iki dövlət arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə də  aydınlıq gətirib. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

Seçilən
66
5
veteninfo.az

6Mənbələr