AZ

43 yaşlı ULDUZ çəhrayı geyimi ilə pozalar verdi

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

43 yaşlı hindistanlı aktrisa, model və “Miss World 2000” titulunun qalibi Priyanka Çopra Variety jurnalının yeni buraxılışının əsas simasına çevrilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, parlaq jurnalın üz qabığında o, çəhrayı lələkli geyimdə və qulaqlarında brilyant sırğalarla poza verib.

Stilistlər aktrisa üçün bir-birindən gözəl obrazlar seçiblər: çəhrayı kürk, effektli çəhrayı lələkli don, payetlərlə işlənmiş libas, çiçəklərdən hazırlanmış “çılpaq” don və s. Müsahibəsində Priyanka karyerasına necə başladığından, özündən 10 yaş kiçik müğənni Nik Conasla evliliyinə yönələn tənqidlərdən, həmçinin Bollivuda qayıdışından danışıb.

“Hazırda olduğum yerə çatmaq üçün illərlə çox çalışmalı oldum. İndi nə ilə məşğul olacağımı seçə bilirəm. Bunun böyük bir imtiyaz olduğunu çox yaxşı anlayıram və buna ciddi yanaşıram”, - deyə Hindistanın ən məşhur aktrisalarından biri olan Çopra etiraf edib.

“30 yaşında karyeraya yenidən başlamaq dəhşətlidir. Hər şeyim var idi. Maddi baxımdan təmin olunmuşdum. Biznesdə özümü təsdiqləmişdim. Və qərara gəldim ki, hər şeyi dağıdım”, - Priyanka uğurlu Bollivud karyerasına baxmayaraq ABŞ-a köçmək qərarından danışarkən belə deyib.

“Mən bilmirəm insanları bizdə konkret nə qıcıqlandırırdı. Düşünürəm ki, səbəb mədəniyyətlərarası fərqlər idi - fərqli ölkələr, fərqli dinlər, yaş fərqi. Bu, çox incidici idi. Amma biz sadəcə bir-birimizə baxıb düşündük: “Bunun heç bir əhəmiyyəti yoxdur’”, - aktrisa musiqiçi Nik Conasla münasibətlərinə yönələn tənqidlərdən söz açıb.

Xatırladaq ki, daha əvvəl Priyanka Çopra romantik obrazı ilə də təəccübləndirmişdi. Onun libası sanki farfordan hazırlanmış kimi görünürdü.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
lent.az

1Mənbələr