AZ

Qoşulmama Hərəkatı İran və ABŞ a müraciət etdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qoşulmama Hərəkatına (QH) üzv ölkələr Yaxın Şərqdə gərginliyin artmasından dərin narahatlıqlarını ifadə edən rəsmi bəyanat yayıblar. Sənəddə regionda hərbi ritorikanın kəskinləşməsi pislənilir və tərəflər maksimum təmkin nümayiş etdirməyə çağırılır.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, QH üzvləri beynəlxalq münasibətlərdə təhdid dilinin genişlənməsini, xüsusən də İran İslam Respublikasına qarşı güc tətbiq edilməsi ilə bağlı səsləndirilən bəyanatları kəskin şəkildə pisləyiblər.

Bəyanatda həmçinin terrorizmlə mübarizənin siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı çıxılıb. Sənəddə qeyd olunur ki, dövlətləri və onların rəsmi institutlarını terroru dəstəkləməkdə ittiham edən birtərəfli siyahıların hazırlanması qəbulolunmazdır. Hərəkat bütün mübahisələrin BMT Nizamnaməsi çərçivəsində, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həll edilməsinin zəruriliyini vurğulayıb.

Qoşulmama Hərəkatı regionda gərginliyin azaldılması istiqamətində yeganə çıxış yolunu diplomatiyada görür. Bu xüsusda, 2026-cı ilin fevral ayında İran və ABŞ nümayəndə heyətləri arasında bərpa olunan danışıqlar müsbət addım kimi dəyərləndirilib. Hərəkat diplomatik həll yollarını asanlaşdıran və dialoqa ev sahibliyi edən Oman Sultanlığına xüsusi minnətdarlığını ifadə edib.

Bəyanatda vurğulanıb ki, regionda hər hansı hərbi eskalasiya beynəlxalq sülh, qlobal iqtisadi sabitlik və enerji təhlükəsizliyi üçün proqnozlaşdırıla bilməyən ağır nəticələrə səbəb ola bilər. QH üzvləri bütün tərəfləri provokasiyalardan və milli ərazilərdən kənarda hərbi güc nümayişindən çəkinməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
globalinfo.az

2Mənbələr