Amerikalı məşhur aktyor Jan-Klod Van Damm tanınmış bloger və boksçu Ceyk Pola meydan oxuyub.
Bakıvaxtı.az xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Van Damm, “Salam, Ceyk Pol. Gəl döyüşək, əsl döyüş. K-1 boksa qarşı, aşağı zərbələr və dirsəklər olmadan. Mən sadəcə səni məğlub etmək istəyən adi bir oğlanam”, - deyə boksçuya müraciət edib.
Qeyd edək ki, Ceyk Pol sonuncu dəfə əfsanəvi boksçu Mayk Taysonla qarşılaşmada ona qalib gəlib./Globalinfo