AZ

İqor Tudor "Tottenhem"i çalışdırmağa razılıq verdi

"Yuventus"un keçmiş baş məşqçisi İqor Tudor karyerasını "Tottenhem"də davam etdirməyə hazırdır.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano özünün sosial media səhifəsində məlumat verib.

Məlumata görə, xorvatiyalı mütəxəssis təklifi qəbul edib və iyun ayına qədər komandanın sükanı arxasına keçmək barədə razılığını London klubunun rəhbərliyinə çatdırıb.

Fevralın 11-də çempionatın əvvəlindən komandaya rəhbərlik edən Tomas Frank istefa verib. Bundan sonra mövsümün sonuna qədər klubu müvəqqəti olaraq Tudorun çalışdıracağı barədə məlumatlar yayılıb.

İddia edilir ki, yayda baş məşqçi postunu tutmağa əsas namizədlər italiyalı Roberto De Zerbi və argentinalı Maurisio Poçettino hesab olunur.

Qeyd edək ki, "Tottenhem" hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlində 16-cı yerdədir. London təmsilçisini elitadan düşmə zonasından cəmi beş xal ayırır.

"Cebheinfo.az"

Seçilən
29
1
cebheinfo.az

5Mənbələr