AZ

Zakir Həsənov: “Qoşunların döyüş hazırlığı daha da yüksəldilməlidir”

Azərbaycan Ordusunda innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməlidir.

Bizim.Media xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov ötən ilin yekunlarına dair kollegiya iclasında deyib.

Nazir 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərdən bəhs edərək şəxsi heyətin peşəkarlığının artırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsini deyib.
 

Z.Həsənov təlim və səhra məşğələlərinin intensivliyinin artırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanın mənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə də innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb.


Qeyd edək ki, nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik, birləşmə komandirlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda cari ildə görülmüş işlərin nəticələri təhlil edilib və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Bizim.Media

Seçilən
25
bizim.media

1Mənbələr