Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.
Sportinfo.az xəbər verir ki, turun ilk oyunu Qubada keçiriləcək. “
İmişli” Quba Olimpiya Kompleksinin stadionunda “Qarabağ”ı qəbul edəcək.
Günün ikinci oyunu Zirədə olacaq. “Zirə” doğma meydanda turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax”la üz-üzə gələcək.
Turun qalan oyunları sabah və birigün keçiriləcək.
"İmişli" – "Qarabağ" 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu, 14:30
"Zirə" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00