Misli Premyer Liqasının 20-ci turu çərçivəsinsə "İmişli"nin qonağı olan "Qarabağ"ın qapısını Fabian Buntiç qoruyur. Polşalı bu dəfə rotasiyaya görə deyil, fərqli səbəbdən heyətdən kənar qalıb.
Klubun mətbuat sözçüsü Anar Hacıyevin Fanat.Az-a veddiyi məlumata görə, Koxalski ayağında ağrılar hiss edir. Bu üzdən həkimlər ona istirahət verilməli olduğunu lazım bilib. Belədə baş məşqçi Qurban Qurbanov qolkiperin Qubaya gətirilməsinə ehtiyac duymayaraq Bakıda qalmasına qərar verib.
"İmişli" - "Qarabağ" matçında ağdamııların ikinci qapıçısı Amin Ramazanovdur.
Mirağa