AZ

Boğazında yemək qalan tibb işçisi kreslo sayəsində XİLAS OLDU VİDEO

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin Osmaniye vilayətində qeyri-adi hadisə yaşanıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, boğazına qida tikəsi ilişən tibb işçisi soyuqqanlı davranaraq özünə tətbiq etdiyi Heimlich manevri ilə təhlükəni sovuşdurub.

Hadisə şəhərin Alibeyli məhəlləsində, səhiyyə əməkdaşının şəxsi ofisində baş verib. Bildirilir ki, həmin şəxs otağında tək halda yemək yeyərkən qəfil nəfəs borusunun tutulduğunu hiss edib. Qısa müddətdə vəziyyətin ciddiliyini anlayan tibb işçisi ətrafda kömək edəcək heç kimin olmadığını görüb və dərhal hərəkətə keçib.

O, oturduğu kreslonun arxa hissəsini dayaq kimi istifadə edərək sinə nahiyəsinə təzyiq göstərməyə başlayıb. Özünə bir neçə dəfə ardıcıl şəkildə Heimlich manevri tətbiq edən səhiyyə işçisi təxminən 4-5 cəhddən sonra boğazında qalan qida tikəsini çıxara bilib. Nəticədə nəfəs yolu açılıb və o, yenidən normal şəkildə nəfəs almağa başlayıb.

Məlumata görə, hadisə anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Kadrlar sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi tibb işçisinin peşəkar hazırlığı və təmkinli davranışını yüksək qiymətləndirib.

Mütəxəssislər bildirirlər ki, Heimlich manevri boğazda ilişmiş qida və ya yad cismin çıxarılması üçün həyati əhəmiyyət daşıyan ilk yardım üsullarından biridir və düzgün tətbiq edildikdə insan həyatını xilas edə bilər.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
news.milli.az

10Mənbələr