AZ

ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşır – “Reuters”


ABŞ ordusu İrana qarşı mümkün uzunmüddətli hərbi əməliyyata hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadla məlumat verib,  
ABŞ ordusunun artıq 2025-ci ilin iyun ayında həyata keçirilən əməliyyatdan daha mürəkkəb bir əməliyyat üçün planlar hazırladığı bildirlir.
Xüsusilə, zərbələr təkcə İranın nüvə infrastrukturlarını deyil, həm də dövlət və təhlükəsizlik idarələrini hədəf ala bilər.
Agentlik qeyd edir ki, Vaşinqton həmçinin İrandan qisas hücumları gözləyir ki, bu da regional münaqişə riskini artıra bilər.
Qeyd edək ki, yanvarın 26-da ABŞ İrana doğru nəhəng bir armadanın irəlilədiyini elan edib. Amerika tərəfi Tehranın danışıqlar masasına oturacağına və nüvə silahlarından tamamilə imtina etmək barədə ədalətli və bərabər razılaşma təklif edəcəyinə ümid etdiyini bildirib. ABŞ 2025-ci ilin yayında İrana qarşı zərbələrə istinad edərək növbəti hücumun daha da pis olacağı barədə xəbərdarlıq edib.
Xatırladaq ki, Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı böhranın həlli ilə bağlı danışıqların yeni mərhələsi fevralın 6-da Maskatda baş tutub.
Seçilən
4
1
yeniavaz.com

2Mənbələr