Bakı. Trend:
Sərhədsiz dünya ideyası və milli maraqların qlobal nizamla əvəzolunması düşüncəsi axmaq fikir idi və Qərb bunun üçün yüksək bədəlödəməli oldu.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko RubioMünhen Təhlükəsizlik Konfransında səsləndirib.
“Qaydalara əsaslanan bu nizamın milli maraqları əvəz edəcəyi,sərhədsiz bir dünyada yaşayacağımız və hər kəsin dünya vətəndaşıolacağı fikri axmaq ideya idi”, – deyə o bildirib.
Onun sözlərinə görə, Qərbdə iqtisadi və ticarət əlaqələrinindövlətin vəzifələrini əvəz edəcəyinə ümid edirdilər.
“Biz bunun üçün yüksək bədəl ödədik. Biz azad və tənzimlənməyənticarətin doqmatik ideologiyasını qəbul etdik”, – deyə Rubiovurğulayıb.