AZ

Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə ediblər

[center][/center]Pentaqon Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı əməliyyatda “Claude” adlı süni intellekt proqramından istifadə edib.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “Wall Street Journal” qəzeti yayıb.

Bildirilib ki, həmin proqramdan əməliyyatın təşkili ilə bağlı məlumatların hazırlanması üçün istifadə edilib.

Bununla belə, digər detallar açıqlanmayıb.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.

Seçilən
34
2
yenisoz.az

4Mənbələr