AZ

Avroviziya təmsilçimiz İsraildə çətin vəziyyətdə: "Sığınacaqdayıq, gizlənmək tapşırılıb" - VİDEO

Azərbaycanın İsraildəki səfirliyi müğənni Samirə Əfəndi və yaxınları ilə təmasdadır.AzVision.az xəbər verir ki, onların hazırda sığınacaqdakı vəziyyəti diqqətdə saxlanılır.

Xatırladaq ki, dünən İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi bu gün səhər saatlarında HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilib.

Müğənni Samirə Əfəndi də sığınacaqda olması ilə bağlı paylaşım edib.

***
Ölkəmizi 2021-ci ildə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə HƏMAS-ın İsrailə hücumu nəticəsində Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb
AzVision.az xəbər verir ki, sənətçinin meneceri İnstagramda paylaşım edib.

Ötən gün konsert verən sənətçi Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edəndən sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib:

“Səhər 6:30-dan həyəcan siqnalı verilib, sığınacaqdayıq, gizlənmək tapşırılıb. Göydə raketlər uçur. Sabah uçmalı idik, buradan çıxış yolu axtarırıq”.






AzVision.az

Seçilən
126
12
azvision.az

10Mənbələr