AZ

"Qarabağ"ın rəqibində ciddi itki - uzun müddət oynamayacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl"ın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisinin əsas oyunçularından olan Bruno Gimarayeş sıradan çıxıb.

Braziliyalı yarımmüdafiəçi Premyer Liqanın 26-cı turunun "Tottenhem"lə matçında (2:1) bud əzələsindən zədə alıb. 28 yaşlı futbolçu təxminən 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bruno Gimarayeş bu mövsüm "sağsağanlar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"la ilk oyunu fevralın 18-də Bakıda keçiriləcək. Komandalar arasındakı cavab görüşü isə ayın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

saytlarin hazirlanmasi

Seçilən
17
sportal.az

1Mənbələr