AZ

İranda güclü partlayış: Ölən və yaralananlar var

İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Rza Bəhrami bildirib.

Partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

"Cebheinfo.az"

Seçilən
51
10
cebheinfo.az

10Mənbələr