Xətai rayonunda 13 fevral 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib...
Poliqon xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Milli Məclisin deputatları Mixail Zabelin, Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Mərkəzi Aparatının şöbə müdiri Nurlan Qələndərli, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. Daha sonra Dövlət Himni səsləndirilib və partiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Çıxışlarda bildirilib ki, YAP yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Qeyd olunub ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq mövqelərini daha da möhkəmləndirib.
Tədbirin sonunda fəal partiya üzvləri Fəxri Fərmanla təltif olunub, yeni üzvlərə partiya vəsiqələri təqdim edilib. Tədbir bədii hissə və partiyanın himninin səsləndirilməsi ilə başa çatıb.
























Poliqon.info