Çin Ukraynadakı münaqişəyə bir telefon zəngi ilə son qoya bilər.
Publika.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu iddianı ABŞ-ın NATO- dakı daimi nümayəndəsi Metyu Uitaker səsləndirib.
Daimi nümayəndə Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı bildirib ki, "Çin sabah Rusiya Prezidenti Vladimir Putinə zəng edib bu müharibəyə son qoya bilər".
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Yohann Vadeful Çini Ukraynadakı sülh prosesində Rusiyaya təsir göstərməyə çağırmışdı.