AZ

"Efirdə özümə yalançı dollardan gül dəstəsi göndərmişəm"

Müğənni Mehriban Qənbərova maraqlı etirafı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi açıqlamasında bildirib ki, bir zamanlar efirdə özünə özü gül göndərib. Onun sözlərinə görə, həmin dövrdə bu addım dəb idi və o da gənc, həvəsli olduğu üçün belə bir addım atıb:

"Efirdə özüm-özümə gül göndərmişəm. O vaxt dəb idi, elə indi də. Mən də cavan idim, həvəsli idim. Hamı edirdi. Süni dollarla bir gül dəstəsi göndərmişdim özümə".

Mehriban əlavə edib ki, buna baxmayaraq, sevdiyi insandan efirə daha böyük və xüsusi güllər də gəlib. Müğənni qalmaqal və hədiyyələrin gözlənilməz olanda daha maraqlı olduğunu deyib:

"Qalmaqal da, hədiyyə də özün bilməyəndə daha maraqlı olur. Özün edəndə maraqsız olur".

O, xarakterinə də toxunaraq səmimi etiraf edib: "Elə xarakterdəyəm ki, süni olduğu bilinir, yalan olduqda".

Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
31
2
milli.az

3Mənbələr