AZ

Böyük Britaniya məktəblərində dörd yaşlı uşaqlar öz cinslərini seçə biləcəklər?

Böyük Britaniya Təhsil Nazirliyi tərəfindən məktəblər üçün cinsi mənsubiyyəti ilə bağlı tərəddüd edən uşaqlarla davranış qaydalarına dair yeni tövsiyələr təqdim olunub. Bu tövsiyələr ibtidai sinif şagirdlərinin, o cümlədən dörd yaşından etibarən uşaqların "tam sosial transformasiya"sına imkan verir.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşri məlumat verib.

Məlumata görə, bu tövsiyələrə əsasən, müəllimlər və təhsil alanlar uşaqları cinsinə uyğun olmayan, lakin "cins kimliyini" əks etdirən digər əvəzliklərlə çağıra biləcəklər. Yəni qızlara kişi, oğlanlara isə qadın cinsi əvəzliyi ilə xitab etmək mümkün olacaq. Daha əvvəl ibtidai məktəblərdə buna icazə verilmirdi.

Böyük Britaniyanın Mühafizəkarlar Partiyası leyborist hökumətinin qərarını tənqid edib.

"İbtidai məktəblərdə uşaqlar ümumiyyətlə əvəzliklərin dəyişdirilməsi kimi məsələlərlə üzləşməməlidirlər. Lakin ən şokedici məqam odur ki, leyboristlərin tövsiyələri 4 yaşlı uşaqlarla onların bioloji cinsinə zidd şəkildə rəftar edilməsinə imkan verir", - deyə mühafizəkarların kölgə təhsil naziri Lora Trott bildirib.

Bununla bərabər, sənəd Mühafizəkarlar hökumətinin hazırladığı ilkin variantında olduğu kimi, qadın tualetlərinin və soyunub-geyinmə otaqlarının özünü qadın hesab edənlər üçün yox, ancaq qadın cinsindən olanlar nəzərdə tutulması zəruriliyi ilə bağlı müddəanı özündə saxlayır.

Seçilən
21
1
redaktor.az

2Mənbələr