AZ

AFFA-dan azarkeşləri sevindirən qərar – Cəmi bir həftədən sonra…

Azərbaycan Premyer Liqasının iki fərqli kanalda canlı yayımlanacağı ilə bağlı xəbər vermişdik.

İdmanxeber.az-a daxil olan digər məlumata görə, belə bir ideya AFFA-dan gəlib.

Federasiyanın bu cür addım atmasına əsas səbəblərdən biri də ölkə çempionatının yayımının daha geniş auditoriyaya çatdırılmasını təmin etməkdi. Bu baxımdan da Premyer Liqa matçlarının həm də “İdman Azərbaycan” kanalında yayımlanması planlaşdırılır.

Paralel yayımın 21-ci turdan etibarən gerçəkləşdirilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yayım hüququ daha öncədən də CBC Sport kanalında idi.

Seçilən
50
idmanxeber.az

1Mənbələr