AZ

ABŞ Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirdi

BAKI, TurkicWorld

ABŞ Karib dənizində narkotik vasitələr daşıyan gəmiyə zərbə endirib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"Məlum olub ki, gəmi Karib dənizində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrutlar üzrə hərəkət edirdi və bu məqsədlə istifadə olunurdu", – deyə paylaşımda bildirilib.

Qeyd edilib ki, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

Seçilən
68
1
turkic.world

2Mənbələr