İtaliya A Seriyasında 25-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Milan" "Piza"nın qonağı olub.

"Rossoneri" çətinliklə də olsa, qələbə qazanmağı bacarıb - 2:1.

Qələbə qolunu 85-ci dəqiqədə Luka Modriç vurub. 

O, İtaliya A Seriyasında fərqlənən ən yaşlı 3-cü futbolçu olub.