ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Amerikalı milyarderlər arasındakı kosmos rəqabəti artıq tamamilə yeni və daha gərgin bir müstəviyə keçib.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, xüsusilə İlon Maskla Ceff Bezos arasındakı amansız mübarizə Aya qayıdış hədəfləri fonunda daha da alovlanmaqdadır.
İ.Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti Ay səthində uzunmüddətli layihələr həyata keçirməyi və burada dayanıqlı infrastruktur qurmağı planlaşdırır. Şirkətin hazırda əsas diqqətini Aya eniş sistemlərinə və peyk yerləşdirmə planlarına yönəltdiyi bildirilir.
Digər tərəfdən, C.Bezosun şirkəti olan "Blue Origin" də bütün gücünü Ay missiyalarına səfərbər edib. Şirkətin "Blue Moon" adlı Aya eniş aparatı üzərində ciddi işlər apardığı və pilotsuz missiyalar planlaşdırdığı məlum olub. "Blue Origin"in resurslarını məhz Ay layihələrinə yönəldərək, bu sahədəki rəqabətdə mövqelərini möhkəmlətməyi hədəflədiyi qeyd edilir.
Hər iki texnologiya nəhəngi ABŞ Milli Aeronovtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu layihələr, NASA-nın "Artemis" proqramı çərçivəsində astronavtları yenidən Aya göndərmək hədəfinin ən vacib halqalarından biri hesab olunur.
Ekspertlərin fikrincə, özəl sektorun sürətlə artan investisiyaları təkcə şirkətlərarası rəqabəti deyil, həm də ABŞ və Çin arasındakı yeni dövr kosmos yarışını birbaşa formalaşdırır. Çinin 2030-cu ilə qədər Aya kosmonavt göndərmək planı ABŞ şirkətlərinin öz layihələrini daha da sürətləndirməsinə təkan verir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.