AZ

Ən seksual peşə artıq CEO deyil - Qadınlar indi bu kişiləri daha cəlbedici hesab edirlər

İllərdir aparılan sorğularda "ən cəlbedici peşə" dedikdə ağla ilk gələn CEO-lar, pilotlar və ya həkimlər olurdu. Lakin yeni dövrün trendləri və qadınların gözləntiləri tamamilə dəyişib. Artıq siyahının zirvəsində bir vaxtlar "çətin və yorucu" hesab edilən tamamilə fərqli bir sahə dayanıb: Fermerlik və Kənd Təsərrüfatı.

Publika.az xəbər verir ki, aparılan beynəlxalq sorğunun nəticələrinə görə, qadınlar artıq təbiətlə iç-içə olan, fiziki güc tələb edən və "istehsal edən" kişiləri daha cəlbedici hesab edirlər. CEO-ların steril ofis həyatı və yüksək stress səviyyəsi öz cazibəsini itirməyə başlayıb.

Mütəxəssislər qadınların bu seçimini bir neçə amillə əlaqələndirirlər:

Təbiilik və Səmimiyyət: Şəhər həyatının süni tempindən yorulan insanlar üçün torpaqla məşğul olan, öz qidasını özü yetişdirən insanlar daha "real" və etibarlı görünür.

Dözümlülük: Fermerlik həm fiziki güc, həm də zehni dözümlülük tələb edir. Bu isə təkamül baxımından "qoruyucu və təminatçı" obrazını gücləndirir.

Seçilən
0
2
publika.az

3Mənbələr