AZ

İngiltərə nəhəngi “Yuventus”un müdafiəçisini transfer etmək istəyir

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Mançester Yunayted” “Yuventus”un müdafiəçisi Pyer Kalulu üçün transfer təklifini nəzərdən keçirir.

İdman.Biz-in “Tuttosport”a istinadən məlumatına görə, İngiltərə Premyer Liqa klubu oyunçunu daha yaxından izləmək üçün İtaliya A Seriyasının 25-ci turunda “Yuventus”un “İnter”ə qarşı oyununa skautlar göndərəcək.

Nəşrin məlumatına görə, “Yuventus” müdafiəçiyə olan marağın fərqindədir və fransız futbolçu ilə yenidən müqavilə imzalamağa ümid edir.

Kalulu bu mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 28 milyon avrodur.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
icma.az

2Mənbələr