AZ

ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı göndərir

BAKI, 14 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hərbi Dəniz Qüvvələrinə məxsus ikinci aviadaşıyıcının yaxın vaxtlarda Yaxın Şərqə yola salınacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp Şimali Karolina ştatındakı Fort-Breqq hərbi bazasında çıxış etdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Tramp qeyd edib ki, əgər Tehran Vaşinqtonla razılaşma əldə etməsə, sözügedən aviadaşıyıcı ABŞ üçün zəruri olacaq.

“O, çox tezliklə yola düşəcək”, - ABŞ lideri vurğulayıb.

Daha əvvəl “The New York Times” qəzeti ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Gerald R. Ford” aviadaşıyıcısının və onu müşayiət edən gəmilərin Karib dənizindən Fars körfəzinə, “Abraham Lincoln” kreyserinin rəhbərlik etdiyi zərbə qrupuna doğru yönləndiriləcəyini yazmışdı.

Seçilən
30
teleqraf.com

1Mənbələr