İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında kişilər üzrə fiqurlu konkisürmədə final yarışı keçirilib.
Offsideplus.az xəbər verir ki, sərbəst proqram üzrə 24 idmançı performans sərgiləyib. İlk yeri toplam 291,58 xal göstərici ilə qazaxıstanlı idmançı Mixail Şaydorov tutub. Bununla da Qazaxıstan tarixində ilk dəfə fiqurlu konkisürmədə qızıl medal və 1994-cü ildən bəri ilk dəfə Qış Olimpiya Oyunlarında qızıl medala yiyələnib.
İkinci və üçüncü yerlərdə müvafiq olaraq yapon idmançılar Yuma Kagiyama (290.06 xal) və Şun Sato (274.90 xal) qərarlaşıb. 4-cü olimpiada medalını əldə edən Kagiyama olimpiadada ən çox medala yiyələnmiş yaponiyalı fiqurlu konkisürən olub.
Qısa proqramın ən yaddaqalan və birinci yeri tutmuş (108.16 xal) konkisürəni ABŞ təmsilçisi İlia Malinin üçün sərbəst proqram (156.33 xal) uğurlu olmayıb. 21 yaşlı idmançı toplam 264.49 xal ilə olimpiadanı 8-ci yerdə başa vurub. O, 1974-cü ildən bəri qadağan olunmuş, yalnız 2 il əvvəl qadağası aradan qaldırılan hərəkəti (salto) ilk dəfə icra edərək tarixə düşmüşdü.
Xatırladaq ki, Azərbaycan təmsilçisi Vladimir Litvinstev qısa proqramda 63.63 xallıq performans göstərərək, sonuncu - 29-cu olmuş və final mərhələsinə adlaya bilməmişdi.