AZ

Elşad Xose xanımı ilə birgə görüntüləndi FOTO

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yeni evlənən repçi Elşad Xose xanımı ilə birlikdə görüntülənib.

BAKU.WS xəbər verir ki, ötən gün müğənni Zamiq Hüseynovun konsertinə dəvət olunan sənətçi BAKU.WS-in obyektivinə tuş gəlib.

Həyat yoldaşı ilə bağlı danışan Elşad onun incəsənət və efir məkanından uzaq insan olduğunu bildirib:

"Xanımım incəsənət aləmindən deyil. Ona görə istədim ki, belə olsun, mediada evliliyim çox qabardılmasın. İstəmədim, şəxsi həyatım haqqında efirlərdə məlumat getsin".

Xatırladaq ki, repçi ötən ilin dekabrın 21-də nikah məclisi təşkil edərək xanımı ilə həyat yollarını birləşdirib. Bu, Elşad Xosenin ikinci evliliyidir. O, 2012-ci ildə rəqqasə Oksana Rəsulova ilə ailə həyatı qurub. Cütlük 6 ay sonra boşanıb.

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
baku.ws

1Mənbələr