AZ

"Atletik"in futbolçusu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

Bakı. Trend:

"Atletik"in futbolçusu Niko Uilyams karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki,"Liverpul" ispaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "ElNacional" nəşri məlumat yayıb.

"Qırmızılar" Nikonu Məhəmməd Salahın davamçısı kimi düşünür."Liverpul" 23 yaşlı oyunçu üçün onun klubuna 95 milyon avroluqsərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Niko Uilyams "Atletik"in yetirməsidir. İspaniyamillisinin üzvü bu mövsüm Bilba təmsilçisinin heyətində meydanaçıxdığı 26 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yaddaqalıb.

Seçilən
22
az.trend.az

1Mənbələr