Milli Basketbol Assosiasiyası (NBA) son oyunlarda heyətlə düzgün idarə olunmadığına görə “Yuta Cazz” və “İndiana Peycers” komandalarına pul cəriməsi tətbiq edib.
Publika.az xəbər verir ki, Liqa klubların hərəkətlərini NBA-nın maraqlarına zərər verən və rəqabət prosesinin təməllərini sarsıdan hesab edib.
Təşkilatın mətbuat açıqlamasına görə, “Yuta” “Orlando” (117:120) və “Mayami” (115:111) komandalarına qarşı matçlarda liderlərini oyundan kənarlaşdırdığına görə 500.000 dollar, “İndiana” isə “Yuta” ilə matçda (122:131) oyunçu iştirakı qaydalarını pozduğuna görə 100.000 dollar cərimələnib.
İstintaq nəticəsində məlum olub ki, “Yuta” oyunçuların sağlam olmasına baxmayaraq, onları dördüncü hissədən əvvəl meydandan kənarlaşdırıb.