AZ

Tanınmış şəxsin qızı yüksək vəzifəyə təyin olundu - FOTO

 

İradə İmanbəyli Bakı şəhəri Yasamal rayonu Aytəkin Məmmədov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbinə direktor təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.

Qeyd edək ki, İradə İmanbəyli 1991-ci ildə Masallı rayonunun Bədəlan kəndində doğulub.

O, Lənkəran Dövlət Humanitar Kollecində “İbtidai sinif müəllimliyi”, daha sonra Lənkəran Dövlət Universitetində “Tarix–Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 2010-cu ildə Masallı rayonunun Dəmirçi kənd ümumi orta məktəbində başlayan İradə İmanbəyli illər ərzində müəllim, kollecdə tarix müəllimi, direktor müavini, Bakı məktəbində idarəçi, kimi məsul vəzifələrdə çalışıb.

İradə İmanbəyli Yeni Azərbaycan Partiyasının üzvüdür. O Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII və IX qrant müsabiqələrinin qalibi olub.

Xatırladaq ki, İ. İmanbəyli Masallının tanınmış ziyalısı, 74 saylı Masallı seçki dairəsinin sədri Loğman Şahbazovun qızıdır. 

Ailəlidir, iki övladı var.

 


Telegram kanalımız
Seçilən
86
1
yenisabah.az

2Mənbələr