AZ

Ağcabədidə baş vermiş qəzada ölən və yaralananların kimliyi məlum olub

13.02.2026-cı il tarixində saat 20:40 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA xəbər verir ki, bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alanlardan 2010-cu il təvəllüdlü şəxs Əməliyyat blokuna alınıb.

2009-cu il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində daha bir 2009-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Ağcabədidə Ağcabədidə
Seçilən
34
2
apa.az

3Mənbələr