AZ

"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı"

"Mənə başqa bir fikirdə yanaşmaq istəyən olanda da oturub söhbət edirəm. Başa düşülmədim. Qarşı cinsin nümayəndəsi... Onun qarşısında diz çöküb ağlamışam. Demişəm ki, qarşında dünyanın bədbəxt qadını dayanıb. O, səndən heç nə istəməyib. Onun gözü sənin cibində, surətində deyil, qəlbindədi".

Bakıbaxtı.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Rəngarəng" verilişində deyib. Sənətçi yarım qalan sevgisindən danışıb:

"Onun yarasını sağalda, gözünün yaşını quruda, şux baxışla, gözəl sözlə ürəyini sevindirə bilirsənsə, yanında ol. Ola bilər ki, gözəl deyiləm, bunu mənə demə. Yaşım səndən böyük ola bilər, deyib sındırma. Məni elə günə qoydu, elə bədbəxt etdi ki... 24 saat əməliyyatdan çıxan gözlərimin yaşı qurumadı. Bu qız səndən nə istədi? Xoşbəxtlik, üzü gülsün və əsəbiləşib səsi batmasın. Bu həyatdan yarımamışam. Ona xoşbəxtlik vermirsən, vermə. Amma təhqir etmək olmaz".

M.Əsədova yaşadığı eşq acısına görə uzun müddətdir gündəmdən uzaqlaşdığını deyib:

"Heç bir ananın balasına bunu etmək olmaz. Sən görürsən ki, Mətanət səni nə dərəcədə istədi. Sən də gördün ki, ona bağlanırsan belə etdin. Deyirəm ki, belə etmə, bu problemi düzəlt. Qayıdardı ki, olmur. Bir də var ki, deyirsən, heç vaxt, belə də öləcəksən, çürüyəcəksən. Belə olmaz. Əgər Mətanət diz çöküb, ayağından öpüb, yalvarırsa... Burada nə var... Götürüb silahı alnımdan vurardım. Qadına belə etmək olmaz. Eşqimi elə etdi ki, qəlbim parça-parça oldu. Görürsünüz, mahnı çıxartmıram, səhnədə, efirdə yoxam. başım belə bir dərdə qarışmışdı".  (Axşam.az)

Seçilən
1
5
bakivaxti.az

6Mənbələr