NATO-nun düşüncə tərzindəki dəyişikliyə uyğun olaraq, ABŞ nüvə və ənənəvi silahlarını qoruyub saxlayır, alyans Avropanın daha çox rol oynamasıyla güclənir. Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. O, NATO müdafiə nazirləri görüşündən sonra mətbuata bildirib ki, müttəfiqlər ötən il Haaqa Zirvəsində götürdükləri öhdəlikləri yerinə yetirməyə başlayıb. Rutte, alyansın daha çox hava hücumundan müdafiə sisteminə, daha çox sursata ehtiyacı olduğunu bildirib. Rutte qeyd edib ki, NATO-Ukrayna Şurasının iclasında Kiyevə yeni dəstək öhdəlikləri irəli sürülüb. O, "Müttəfiqlər birdir. Biz Ukraynanı dəstəkləməkdə və müttəfiq ərazisinin hər qarışını müdafiə etməkdə birik”, - deyə bildirib.