AZ

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədi rayonunda üç minik maşının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ağcabədi şəhəri ərazisində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.

Yaralılar Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Seçilən
115
bizim.media

1Mənbələr