AZ

Ukraynalılar NATO-nu “məğlub etdi”: Təlimlərdə alyansın zəif nöqtələri ortaya çıxdı

Estoniyada keçirilən NATO-nun “Hedgehog-2025” (Kirpi-2025) adlı hərbi təlimlərində Ukrayna hərbçiləri gözlənilməz nəticə əldə edərək Alyans qüvvələrini şərti döyüşdə üstələyiblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb. Məlumata görə, Ukraynanın pilotsuz uçuş aparatları və rəqəmsal sistemlər üzrə mütəxəssisləri müasir texnologiyaların döyüş meydanını necə “şəffaf” və ənənəvi ordular üçün təhlükəli hala gətirdiyini nümayiş etdiriblər.

Cəmi on nəfərlik Ukrayna bölməsi bir neçə saat ərzində onlarla zirehli texnikanı şərti olaraq “məhv edib” və Böyük Britaniya ilə Estoniya qoşunlarından ibarət iki batalyonu faktiki olaraq neytrallaşdırıb.

Təlimlərin nəticələri göstərib ki, NATO ölkələrinin bir çoxunda tətbiq edilən ənənəvi döyüş üsulları rəqəmsal koordinasiya və yeni taktika olmadan artıq effektiv deyil. Ukraynalı hərbçilərin dronlardan və real vaxt rejimli məlumat sistemlərindən istifadə etməsi qarşı tərəfə manevr imkanları verməyib.

Ekspertlərin fikrincə, bu təlimlər zamanı üzə çıxan zəifliklər Alyans üçün ciddi siqnaldır. Bildirilir ki, müasir müharibə şəraitində texnologiyaya əsaslanan idarəetmə və çevik taktika əsas rol oynayır və NATO ölkələri hazırlıq sistemində təcili dəyişikliklər etməlidir.

Qeyd olunur ki, Ukrayna ordusu Rusiya ilə müharibə fonunda əldə etdiyi real döyüş təcrübəsini təlimlərə daşıyaraq, klassik hərbi modellərin artıq köhnəldiyini praktik şəkildə sübut edib.

Seçilən
21
nocomment.az

1Mənbələr