Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 13 fevral, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XXII tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
"Qalatasaray" öz meydanında "Eyüpspor"u 5:1 hesabı ilə darmadağın edib. Ev sahibi komandanın qollarını Yunus Akgün, Mauro İkardi (3), Jerom Onquyene (avtoqol) vurublar. Qonaqlardan isə Metehan Altunbaş fərqlənib.
Digər oyunda "Samsunspor" səfərdə "Antalyaspor"a 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, turnir cədvəlinə 55 xalla "Qalatasaray" başçılıq edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.