Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Aktrisalıqdan musiqi dünyasına keçən Beren Saat ingiliscə “CapitaliZoo” mahnısını rəqəmsal platformalarda yayımlayıb.
“Qafqazinfo” xəbər verir ki, müğənniyə böyük dəstək olan həyat yoldaşı Kənan Doğulu onu səhnəyə çıxararaq həyəcanını bölüşüb.
Tamaşaçıların alqışları altında Bereni səhnəyə dəvət edən Doğulu “Mahnısı çıxdı, çox həyəcanlıdır... Mən də çox xoşbəxtəm” deyərək təbrik edib.
Qeyd edək ki, “CapitaliZoo” adlı mahnı ingilis dilindədir və sözlərini Saat özü yazıb. Prodüserliyini və aranjimanını isə onun həyat yoldaşı, müğənni Kenan Doğulu edib.
Klip Los-Ancelesdə çəkilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.