AZ

Ukrayna hərbi xidmətlə bağlı bəzi qaydaları sərtləşdirə bilər

Ukrayna Müdafiə Nazirliyi səfərbərlikdən yayınan şəxslərə qarşı cəzaların kəskin şəkildə sərtləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlayır.

Bu barədə Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fedir Venislavski məlumat verib.

Deputat bildirib ki, nazirliyin təklifləri yaxın vaxtlarda parlament komitəsinə təqdim olunacaq:

“Dəyişikliklərin əsas məqsədi ölkəni müdafiə etmək vəzifəsindən yayınmağı digər vətəndaşlıq öhdəliklərini, xüsusilə aliment ödənişlərini yerinə yetirməməkdən daha çətin və ağır hala gətirməkdir. Hazırda aliment ödəməyənlərə qarşı tətbiq edilən sanksiyalar hərbi xidmətdən yayınanlara nisbətən daha sərtdir və bu disbalans aradan qaldırılmalıdır. Yeni qanunvericilik bazası vətəndaşlarla hərbi komissarlıq əməkdaşları arasında cəmiyyətdə narazılıq doğuran münaqişələrin sayını minimuma endirməyə xidmət edəcək”.

Xatırladaq ki, Ukraynada davam edən hərbi vəziyyət fonunda səfərbərlik qaydalarının tənzimlənməsi son zamanlar ölkə gündəmində müzakirələrə səbəb olmuşdu.

“Cebheinfo.az”

Seçilən
2
3
cebheinfo.az

5Mənbələr