Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının namizədi, rusiyalı milyarder Samvel Karapetyanın baş nazirliyə iddialarına münasibət bildirib.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, hökumət başçısı ölkə Konstitusiyasının 148-ci və 48-ci maddələrini xatırladaraq xarici vətəndaşlığı olan şəxslərin bu vəzifəyə iddia edə bilməyəcəyini vurğulayıb.
Paşinyan bildirib ki, qanunvericiliyə görə, deputat və ya baş nazir olmaq istəyən şəxs son 4 ildə yalnız Ermənistan vətəndaşı olmalı, ölkədə daimi yaşamalı və erməni dilini sərbəst bilməlidir:
“Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlığına malikdir, eyni zamanda o, son illərdə Ermənistanda daimi yaşamayıb. Buna görə də onun namizədliyi de-yure mövcud deyil və mövcud olmayan bir şeyə münasibət bildirməyi zəruri hesab etmirəm”.
Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun rəhbəri olan Samvel Karapetyan hazırda İrəvanda ev dustaqlığındadır. O, 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırış və konstitusiya quruluşunu devirməyə cəhd ittihamları ilə saxlanılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.