AZ

“Zelenskinin ofisi Ukraynanın Donbasdan geri çəkilə biləcəyini deyib” − KİV

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

“Kiyev Ukrayna qoşunlarının Donbasdan çıxarılmasına razı ola bilər”.

Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşavirləri “The Atlantic”ə bildiriblər.

Onun iki müşaviri jurnala bildirib ki, Ukrayna ən sərt güzəşti qəbul etməyə hazır ola bilər:

“Donbasdan qoşunların çıxarılmasını qanuniləşdirmək üçün onlar bu yaz referendum keçirməyi düşünürlər”.

Jurnalın məlumatına görə, Zelenskinin yaxın çevrəsinin bəzi üzvləri də sülh sazişi şanslarının azalmasından narahatdırlar. Bu arada, Zelenskinin özü “The Atlantic”ə bildirib ki, razılaşmanın olmamasını pis razılaşmadan üstün tutur. O, seçkilərə və referenduma hazır olduğunu bir daha təkrarlayıb, amma bu, yalnız atəşkəs elan edilməsi və Kiyevin təhlükəsizlik zəmanəti alması şərtilə baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
yeniavaz.com

1Mənbələr