AZ

Əraqçi bəhreynli həmkarını ABŞ ilə danışıqlar barədə məlumatlandırıb

ain.az bildirir, Bizimyol portalına istinadən.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə bəhreynli həmkarı Abdullətif bin Rəşid əl-Zayani arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki hesabında məlumat yayılıb.

Əraqçi bəhreynli həmkarını İran-ABŞ nüvə danışıqları barədə məlumatlandırıb.

Bəhreynin XİN rəhbəri danışıqların yekun nəticə əldə olunana qədər davam edəcəyinə ümid etdiyini ifadə edib.

İran və Bəhreynin xarici işlər nazirləri iki ölkə arasında məsləhətləşmələrin və fikir mübadiləsinin davam etdirilməsi zərurətini vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
2
bizimyol.info

3Mənbələr