AZ

Tualetdə xoşagəlməyən qoxu var? -Sprey istifadə etmədən aradan qaldırmağın yolları

Evdə ən narahatedici problemlərdən biri də tualetdə yaranan xoşagəlməyən qoxudur.


Pravda.az bildirir ki, bu cür qoxuların səbəbi təkcə səthi çirklənmə deyil, bəzən kanalizasiya sistemi, sifon və ya havalandırma ilə bağlı problemlər də rol oynayır. Üstəlik, problemi aradan qaldırmaq üçün mütləq kimyəvi sprey vasitələrə ehtiyac yoxdur.


Qoxunun əsas səbəbləri


Ən çox rast gəlinən səbəblərdən biri sifonun qurumasıdır. Sifonda su olmadıqda kanalizasiya qoxusu birbaşa otağa yayılır. Bu səbəbdən uzun müddət istifadə olunmayan tualet və ya döşəmə axarlarına mütəmadi su tökmək tövsiyə olunur.


Digər səbəb zəif havalandırmadır. Ventilyasiya dəliklərinin tozlanması və ya tutulması qoxunun otaqda qalmasına şərait yaradır. Bu hissələrin təmizlənməsi və otağın tez-tez havalandırılması problemi xeyli azalda bilər.


Təbii və spreysiz həll yolları


Mütəxəssislər tualetdəki pis qoxunu aradan qaldırmaq üçün sadə və təbii üsulları məsləhət görürlər:


Sirkə və soda qarışığı – həm bakteriyaları azaldır, həm də qoxunu neytrallaşdırır.


Sitrik turşu – çöküntüləri təmizləyərək gigiyenanı yaxşılaşdırır.


Müntəzəm dərin təmizlik – təkcə unitaz deyil, ətraf səthlər, döşəmə və axar hissələr də yuyulmalıdır.


Əgər qoxu davamlıdırsa, bu halda borularda bakteriyaların çoxalması ehtimalı nəzərə alınır. Belə vəziyyətdə enzim tərkibli təmizləyici vasitələr kömək edə bilər.


Əminə Bayramova 

Tarix: 13 Fevral 2026, 18:23   
Seçilən
18
pravda.az

1Mənbələr