AZ

Antalya hava limanında həyəcanlı anlar: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Antalyadan Qaziantepə yola düşməyə hazırlaşan "SunExpress" şirkətinə məxsus "Boeing 737" təyyarəsi hava limanında hərəkətdə olarkən şassisi qopub.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərnişinlər və heyət üzvləri təhlükəsiz şəkildə təxliyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Oxu.Az (@oxuaz)

Məlumata görə, sərnişinlər daha sonra başqa bir təyyarə ilə Qaziantepə yola salınıblar.

Bildirilib ki, nasaz təyyarə ətraflı texniki yoxlamadan keçir və lazımi təmir işlər başa çatana qədər yenidən istifadəyə verilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
oxu.az

1Mənbələr