AZ

Merz ABŞ və Avropa münasibətlərində parçalanma olduğunu bildirib

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa ilə ABŞ arasında yaranmış parçalanmanı aradan qaldırmaq üçün münasibətlərin yenidən qurulması zəruridir.

Xalqcebhesi.az xəbər verir ki, bu fikri Almaniya kansleri Fridrix Merz Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı səsləndirib.

“İcazə verin, narahatedici bir həqiqətlə başlayım: Avropa ilə ABŞ münasibətlərində parçalanma yaranıb”, — deyə hökumət başçısı bildirib. O qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens ötənilki təhlükəsizlik konfransında bunu “çox açıq şəkildə bəyan edib”.

“Əgər tərəfdaşlığımızın gələcəyini istəyiriksə, onu yenidən əsaslandırmalı və yeni məzmunla doldurmalıyıq”, — deyə kansler hesab edir.

Merz vurğulayıb ki, ABŞ da NATO üzrə tərəfdaşlarından asılıdır. “Supergüc dövründə belə ABŞ bu etimada bağlıdır. Təkbaşına hərəkət edərsə, hətta onlar da öz gücünün sərhədlərinə çata bilərlər”, — deyə kansler bildirib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
1
icma.az

2Mənbələr