AZ

Qapıçılar möhtəşəm oynadılar Mingəçevirdən xalla dönən Zaqatala nın baş məqşçisi

ain.az bildirir, Fanat portalına istinadən.

1-ci Liqanın 14-cü turu çərçivəsində "Mingəçevir"in qonağı olan "Zaqatala" qolsuz bərabərlik sayəsində evə 1 xalla qayıdaraq rəqibin 3-cü pilləyə yüksəlməsinə imkan vermədi. Qonaqların baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Görüş çox maraqlı alındı. Hesab açılmasa da, yüksək templi oyun izlədik. Hər iki komandanın qol imkanları oldu. Heç-heçəni ədalətli nəticə hesab edirəm. Qapıçılar möhtəşəm oynadılar. Qarşılaşmanı izləyənlərin və meydandakı futbolçuların gərgin mübarizədən həzz aldığını düşünürəm. Futbolçularımız bütün zonalarda verilən tapşırıqları lazımınca yerinə yetirdilər. Çatışmayan yalnız qol oldu".

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Mingəçevir" turnir cədvəlinin 4-cü, 18 xala malik "Zaqatala" isə 6-cı pilləsində qərarlaşıb.

Nihat

 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
fanat.az

2Mənbələr